“Şapekoense” qəzadan sonra ilk oyununa çıxacaq

sapekoense-qezadan-sonra-ilk-oyununa-cixacaq
Oxunma sayı: 693

Braziliyanın “Şapekoense” klubunun noyabrdakı qəzadan sonra keçirəcəyi ilk oyunun vaxtı dəqiqləşib.

Qafqazinfo” “AP”yə istinadən xəbər verir ki, komanda yanvarın 21-də Braziliya çempionu “Palmeyras” ilə öz meydanında, “Arena Konda”da qarşılaşacaq.

Hazırda klubun baş məşqçisi Vaqner Mançini heyətə yeni futbolçular cəlb edir.

Qeyd edək ki, noyabrda Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində 71 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Hadisə nəticəsində komandanın 19 futbolçusu və məşqçi heyəti həlak olub.