“Sapı özümüzdəndir” atalar sözü kosmosa göndərildi

sapi-ozumuzdendir-atalar-sozu-kosmosa-gonderildi
Oxunma sayı: 2245

NASA 12 il davam edəcək Yupiter missiyasına start verib.

“Qafqazinfo” xəbər verir ki, NASA-nın Yupiterə göndərdiyi kosmik gəmi olan “Lucy”yə aralarında Orhan Pamukun da olduğu bir çox yazarlar, alimlər və mütəfəkkirlərdən sitatların olduğu lövhə yerləşdirilib.

Sitatlardan biri O.Pamukun “Qara Kitab”ındandır:

“Daha çox sevmək, daha çox gülmək, daha çox düşünmək istərdik. Daha çox görmək, daha çox anlamaq, daha çox etibar etmək istərdik. İndi bizə qalanlar bu istəklər və bu kəlmələrdir. Könül rahatlığı, röyalar, yuxu və öpüşlər vardı. İnsanlar, meyvələr, kağız və qələmlər də vardı. Çünki heç bir şey həyat qədər heyrətamiz ola bilməz. Bəli, təbii ki, tək təsəlli yazı istisna olmaqla”.

Lövhədə türk dünyasında geniş yayılan “Ağaca balta vurublar, “sapı özümüzdəndir” deyib” atalar sözü ingilis dilində yer alıb.