Sara Qədimovanın xatirə gecəsi keçiriləcək

sara-qedimovanin-xatire-gecesi-kecirilecek
Oxunma sayı: 1096

Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın xatirə gecəsi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, tədbir oktyabrın 19-u saat 19:00-da baş tutacaq.

Tədbirdə mərhumun həyat və yaradıcılığından səhifələr vərəqlənəcək, görkəmli xanəndələr Sara Qədimovanın repertuarından əsərlər ifa edəcəklər.