Saraççi İstanbula bu tarixdə gələcək

saracci-istanbula-bu-tarixde-gelecek
Oxunma sayı: 2080

Marselo Saraççinin İstanbula gələcəyi tarix bəlli olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Galatasaray”ın Almaniyanın “Leyptsiq” komandasından aldığı Marselo Saraççi  yanvarın 3-ü İstanbulda olacaq.

Sağlamlıq yoxlamasından keçdikdən sonra 21 yaşlı uruqvaylı futbolçu yanvarın 4-ü  yeni komandasına qatılacaq.

Razılaşmaya əsasən, “Qalatasaray” “Leyptsiq”in 2018-ci ildə “River Pleyt” dən 12 milyon avroya transfer etdiyi sol cinah müdafiəçisi üçün alman komandasına pul ödəməyəcək, yalnız futbolçuya maaş verəcək.