Şarapova həkimlərə kömək məqsədi ilə raketkasını hərraca çıxardı - Fotolar

sarapova-hekimlere-komek-meqsedi-ile-raketkasini-herraca-cixardi
Oxunma sayı: 1386

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova koronavirusla mübarizə aparan həkimlərə maddi yardım məqsədi ilə tennis raketkasını hərracda satışa çıxarıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, Feysbuk hesabında yazıb.

““Sərhədsiz həkimlər” üçün hərracda iştirak etmək mənim üçün böyük şərəfdir. Ötən il oynadığım raketkanı şəxsən imzalamışam”, - Şarapova yazıb.

Hərrac aprelin 19-da başa çatacaq. Əldə edilən vəsait “Sərhədiz həkimlər” təşkilatına köçürüləcək.