Şarapova stresslə belə mübarizə aparır - Fotolar

sarapova-stressle-bele-mubarize-aparir
Oxunma sayı: 5407

Rusiyalı tennisçi Mariya Şarapova dopinq qalmaqalından sonra Meksikada istirahət edir.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Şarapova dostları – teleaparıcı Çelsi Hendler və stilist Adir Abirqellə Meksikada Los-Kabosda istirahətə gedib.

Xatırladaq ki, Mariya Şarapovnın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb. O, bu barədə martın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.

Artıq 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır.

O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.