Şarapova Tennis Federasiyasınının qərarından - Appelyasiya şikayəti verəcək + Yenilənib

sarapova-tennis-federasiyasininin-qerarindan
Oxunma sayı: 1599

Rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxdığına görə 2 il müddətinə oyunlardan kənarlaşdırılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının Tvitter səhifəsində məlumat yerləşdirilib.

Xatırladaq ki, M. Şarapova martın 7-də keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır.

O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.

***

Mariya Şarapova Beynəlxalq Tennis Federasiyasının onun oyunlardan 2 il müddətinə uzaqlaşdırılması ilə bağlı verdiyi qərardan appelyasiya şikayəti verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə idmançı Feysbuk səhifəsində yazıb.

“Məhkəmə özü aydınlaşdırdı ki, mən bunun hesabına performans səmərəliliyimi artırmaq istəməmişəm. BTF mənim dopinqdən bilərək istifadə etdiyimi sübut etmək üçün qəsdən uzun müddət sərf etdi, lakin məhkəmə iddianı qəbul etmədi. Hətta, BTF mənim oyunlardan 4 il müddətinə kənarlaşdırılmağım üçün məhkəməyə müraciət etdi, bu istəyi də həyata keçmədi.

Məhkəmə mənim doppinqi bilərək qəbul etdiyimə və 2 il oyunlardan uzaqlaşdırılmağıma dair qərar qəbul edib. Mən qərara etiraz etmək üçün dərhal appelyasiya şikayəti verəcəm”.