“Rusiyalı tennisçi Mariya Şarapovanın işi üzrə ilk dinləmə martın 23-də olmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, dəqiq tarix bəlli deyil.
“Sizə yalnız bir şey deyə bilərəm: 23 martda dinləmə olacağı ilə bağlı xəbərlər zarafatdır. Bilmirəm ki, KİV bunu niyə uydurub. Bu, qapalı proses olacaq və yad insanların girişinə icazə verilməyəcək”.
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda rusiyalı tennisçinin işi üzrə ilk dinləmənin martın 23-də Londonda keçiriləcəyi ilə bağlı xəbər yayılıb.
Xatırladaq ki, Mariya Şarapovnın orqanizmində istifadəsi qadağan olunmuş preparat çıxıb. O, bu barədə martın 7-də keçirdiyi mətbuat konfransında bildirib.
O, dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.
Meldoniy aparatı 2016-cı il yanvarın 1-dən qadağa edilib.
Qeyd edək ki, M. Şarapova yanvarın 26-da “Australian Open”in ¼ finalında Serene Uilyamsa uduzandan sonra oyunlara qatılmayıb.
Son xəbərlər
Son Xəbərlər