Güclü küləkdə çərpələng elektrik naqillərinə dolaşdığı üçün Saray qəsəbəsində işıqlar sönüb.
Hadisəni “Qafqazinfo”ya təsdiqləyən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hazırda elektrik enerjinin verilişinin bərpa olunduğunu bildirib:
“Fasilə qısamüddətlik yaranmışdı. Uşaqlar oynayan zaman çərpələng naqillərə dolaşıb. Əməkdaşlarımız hadisə yerində olub və problemi aradan qaldırıblar”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər