Fransada “sarı-jiletlilər” adı ilə məşhurlaşan etirazçılar prezident Emmanuel Makron hökumətinə qarşı növbəti kütləvi aksiya keçirilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, artıq 17-ci həftədir keçirilən aksiya Parisdəki Şanzelize prospektində başlayıb və Lüksemburq bağçasında başa çatıb.
Bundan başqa, ayrı-ayrı qruplar Şarl de Qoll hava limanı, Eyfel qülləsi, Mars meyanında da toplaşaraq “Makron istefa” şüarları səsləndiriblər.
Polislər etirazçılara təzyiqli su ilə müdaxilə edib. 19 nəfərin saxlanıldığı bildirilir.
Fransa Daxili İşlər Nazirliyi aksiyalara ölkə üzrə ümumilikdə 28 mindən çox etirazçının qatıldığını açıqlayıb.
Qeyd edək ki, geridə qalan 17 həftədə aksiyalarda 11 nəfər ölüb, 2 mindən çoxu yaralanıb, 8400 nəfər isə saxlanılıb. Saxlanılanlardan 2 min nəfər yaxını haqqında həbs qərarı çıxarılıb.



Son xəbərlər
Son Xəbərlər