“Qafqazinfo”nun məlumatına görə, portal “Azərbaycana getmək üçün 20 səbəb” başlıqlı yazıda ölkəmizin mədəniyyətindən, yeməklərindən, musiqisindən, təbiətindən bəhs edilib:
78 milyon əhalisi olan Türkiyədən fərqli olaraq, Azərbaycanın 10 milyon əhalisi var. Sakitlikdə istirahət etmək üçün Azərbaycan əla seçimdir.
Türkiyədən fərqli olaraq Azərbaycanda təhsil səviyyəsi yüksəkdir. Bu ölkəyə getdikdə təhsil fərqini hiss edəcəksiniz.
Türkiyədən fərqli olaraq, Azərbaycanda əhalinin gəlir səviyyəsi demək olar ki, eynidir.
İnsanları canayaxın və gözəldir. Üstəlik münasibət qurmaq üçün xarici bir dil bilmək tələb olunmur.
Sarışın qızları xoşlayırsınızsa, rus sayının çox olmasını nəzərə alaraq, bu ölkəyə üz tuta bilərsiniz.
İllərdir ki, göl və ya dəniz olduğu barədə mübahisələr gedən Xəzəri görmə fürsətini də əldə edəcəksiniz.
70-dən çox xəstəliyin müalicəsində istifadə olunan Naftalan neftinin dünyada başqa bir nümunəsi yoxdur. Şəfa tapmaq üçün buranı ziyarət edə bilərsiniz.
Azərbaycan mətbəxində Türkiyə mətbəxinə bənzər yeməklər olsa da, burada fərqli dadlar da aşkar edə bilərsiniz.
Nə isti, nə də soyuq bir iqlimi olan ölkədə dincəlmək istəyirsiz? Azərbaycanda 9 fərqli iqlim qurşağı var.
İpək Yolu üzərində yerləşən Şəki şəhəri həm təbiəti, həm də tarixi abidələri ilə sizi valeh edəcək. Şəki halvası yemədən Türkiyəyə qayıtmaq olmaz.
Keyfiyyətli musiqi deyildiyində ağıla ilk gələn ölkələrdən biri Azərbaycandır. Burada həm milli, həm xarici musiqilər istirahətinizi daha maraqlı edər.
Müsəlman, yəhudi, zərdüşt, xristian burada rahat şəkildə yaşayır.
Dünyanın ən kiçik su iti olaraq Ginnes Rekordlar Kitabına daxil olan Xəzər su itini burada görə bilərsiniz.
Azərbaycan qiymət baxımından Türkiyəyə görə daha ucuz bir ölkə olsa da, çox alış-veriş etməyin.
Azərbaycan manatı ən dəyərli pul vahidləri arasındadır.
Benzin-qaz kimi yanacaqların qiyməti Türkiyəyə görə 4 qat daha ucuzdur və burada 4-5 ildə bir qiymət artımı olur.
Hər il minlərlə turisti cəlb edən palçıq vulkanı səyyahlar və maraqlı şəkil çəkmək həvaskarları üçün əla fürsətdi.
Burada təcavüz hadisələri Türkiyədən 20 dəfə az baş verir. Bu baxımdan rahat istirahət etmək üçün Azərbaycana gedə bilərsiniz.
Viza mövzusunda da çətinliyiniz olmayacaq. Hava limanında rahatlıqla viza ala bilərsiniz.
Ən əhəmiyyətlisi də başqa xarici ölkələrdə qonaqpərvər bir millət tapa bilməyəcəyinizə görə, Azərbaycana getmək, bir fincan çaylarını içmək lazımdır.
Könül
Son xəbərlər
Son Xəbərlər