Böyük Britaniyanın paytaxtı Londonda bir evin mətbəxində şarjda olan skuter partlayıb.
“Qafqazinfo” xəbər verir ki, London yanğınsöndürmə briqadası skuterin alov içində partlaması anını əks etdirən kadrlar yayımlayıb.
Partlayışdan bir neçə saniyə sonra mətbəxi alov bürüyüb.
Skuterin sahibi, mühafizəçi Dell Villiams xəstəxanada 8 saat reanimasiyada qaldıqdan sonra həyati təhlükədən xilas olub.
Son xəbərlər
Son Xəbərlər