Sarkisyan bütün gününü Müdafiə Nazirliyində keçirib - “Bu, adi ziyarət deyildi”

sarkisyan-butun-gununu-mudafie-nazirliyinde-kecirib-
Oxunma sayı: 3335

Ermənistan prezidenti Serj Sarkisyan aprelin 11-i bütün gününü Müdafiə Nazirliyində keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri yazıb. Belə ki, həmin tarixdə nazirliyə səhər saatlarında girən prezident bir də gecə yarısı oranı tərk edib:

“Aydındır ki, bu ziyarət adi ziyarət deyildi. Serj Sarkisyanın bütün gününü Müdafiə Nazirliyində keçirməsinin sadəcə bu qurumun rəhbərliyi ilə görüşmək məqsədi daşıdığını düşünmək sadəlövhlük olardı. Əlbəttə, erməni ictimaiyyəti də çoxsaylı suallara cavab gözləyir, lakin gələcəkdə - Ermənistanla Azərbaycan cəbhə xəttindəki gərginlik geridə qalandan sonra”.