Ermənistanda bu gün “Soyqırım cinayətinə qarşı” qlobal forumu keçirilir.
“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, tədbirdə məşhur Hollivud aktyoru Corc Kluni də iştirak edir. Aktyor forumun lobbisində prezident Serj Sarkisyanla söhbətləşib.
Kluni, həmçinin forum iştirakçıları ilə görüşüb, onlarla foto çəkdirib, avtoqraf paylaşıb.
Son xəbərlər
Son Xəbərlər