Sarkisyan Əliyevlə görüş üçün Vyanada - Yenilənib

sarkisyan-eliyevle-gorus-ucun-vyanada-
Oxunma sayı: 2806

Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşmək üçün Vyanaya çatıb. 

Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. 

Qeyd edək ki, bu gün baş tutacaq görüşdə həmsədrlərlə yanaşı, Sergey Lavrov və Con Kerri də iştirak edəcək. Bundan başqa, Rusiya XİN-i bu gün Vyanada Sergey LavrovABŞ dövlət katibi Con Kerrinin təkbətək görüşəcəyini açıqlayıb. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. 

Onun sözlərinə görə, görüşdə Suriya, Dağlıq Qarabağ və Ukrayna, həmçinin ikitərəfli əlaqələr əsas müzakirə mövzusu olacaq.

***

Onu da əlavə edək ki, daha əvvəl Ermənistan və Azərbaycan prezidentlərinin görüşü sual altında olsa da, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerini Sarkisyanla Əliyevin Vyanada görüşəcəyini təsdiqləyib.