Sarkisyan Əliyevlə görüş üçün Vyanaya gedir - Con Kerrinin iştirakıyla...

sarkisyan-eliyevle-gorus-ucun-vyanaya-gedir
Oxunma sayı: 2216

Ermənistan prezidenti Serj Sarkisyan mayın 16-da Vyanaya işgüzar səfərə gedir.

Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan prezident administrasiyası məlumat yayıb. Məlumata görə, Sarkisyan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir sıra işgüzar görüşlər keçirəcək. Səfərdə həmçinin, Azərbaycan dövlət başçısı İlham Əliyevlə həmkarının görüşü nəzərdə tutulub. 

ABŞ dövlət katibi Con Kerri də mayın 16-17-i Vyanada səfərdə olacaq. Orada dövlət katibi Ermənistan və Azərbaycan prezidentləri ilə görüşəcək, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib. 

Qeyd edək ki, daha əvvəl Vyanada Sarkisyanla Əliyevin görüşü ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrləri təşəbbüslə çıxış etmişdilər. Lakin Azərbaycan və Ermənistan tərəfi görüşlə bağlı rəsmi açıqlama verməmişdi.