Sarkisyan əvvəlki idarəetmə formasına qayıtmağı təklif edir

sarkisyan-evvelki-idareetme-formasina-qayitmagi-teklif-edir
Oxunma sayı: 2434

“Ermənistan Konstitusiyanı dəyişməli və yenidən prezident respublikası olmalıdır”.

“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarksiyan deyib. Onun sözlərinə görə, hazırda ölkəni Baş nazir idarə etdiyi müddətdə nə prezident, nə də parlament respublikası adlandırmaq olar:

“İnsanlar böyük gücə sahibdirlər, ancaq məsuliyyətləri yoxdur. Ermənistan prezident idarə formasına qayıtmalı və islahatlara başlamalıdır. Ölkənin ilk növbədə, İT-texnologiyaları sahəsində böyük potensialı var, ancaq bunun üçün əvvəlcə Konstitusiyanı dəyişmək lazımdır”.

Qeyd edək ki, Ermənistanda bazar günü keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 53,92% səslə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. Seçkinin rəsmi nəticəsi səsvermədən 7 gün sonra elan olunacaq.

Xatırladaq ki, 2015-ci ildə Ermənistan Konstitusiyasına edilən dəyişikliyə əsasən ölkə prezident idarəetmə formasından parlament idarə formasına keçib.