“Ermənistan Prezidenti Armen Sarkisyan hələ istefasını geri götürə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin bu gün keçirilən iclasında deyib.
Simonyan vurğulayıb ki, ölkə Konstitusiyasına əsasən, prezident bir həftə ərzində istefasını geri götürərsə, parlament sədri bu barədə bəyanatla çıxış edəcək. Əks halda isə, Sarkisyanın istefası qəbul edilmiş və qüvvəyə minmiş hesab ediləcək.
Qeyd edək ki, Armen Sarkisyanın səlahiyyətlərini Alen Simonyan icra edəcək.
Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verib. O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Ölkə Prezidentini parlamentin millət vəkilləri seçəcəklər. Ermənistan Prezidenti 7 il müddətinə seçilir.
Son xəbərlər
Son Xəbərlər