Sarkisyan həmsədrlərlə Qarabağı müzakirə edib

sarkisyan-hemsedrlerle-qarabagi-muzakire-edib
Oxunma sayı: 632

Ermənistan prezidenti Serj Sarkisyan ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb. 

“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, görüş İrəvanda baş tutub. Müzakirələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və bölgədəki ümumi vəziyyətlə bağlı aparılıb. 

Bildirilir ki, görüşdə eyni zamanda Dağlıq Qarabağla bağlı götürülən öhdəliklərin icrasının vacibliyi qeyd olunub.