Sarkisyan kürəkənini işdən niyə çıxardı?

sarkisyan-kurekenini-isden-niye-cixardi
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, Serj Sarkisyanın dünən vəzifəsindən uzaqlaşdırdığı Ermənistan prezident aparatı rəhbərinin müavini olan Mikayel Minasyanın prezidentin kürəkəni olduğu deyilir. Minasyanın uzun müddətdir ki, hakimiyyətin üç ən nüfuzlu üzvlərindən və Sarkisyanın üzərində sonsuz təsirə malik biri hesab edildiyi üçün belə bir qərar ölkə ictimaiyyətinin təəccübünə səbəb olub.

Qəzetin yazdığına görə, Sarkisyan belə bir qərar qəbul etməklə administrasiya üzvlərinə hadisələri tam nəzarətdə saxlaması ilə bağlı açıq mesaj göndərərək öz kürəkəninin əlində çoxlarının da hesab etdiyi kimi oyuncağa çevrilmədiyini nümayiş etdirmək istəyib. Digər tərəfdən isə Sarkisyanın belə bir addım atmaqla oliqarxlara “jest” etmək istədiyi deyilir. Belə ki, Minasyan oliqarx biznesinin aradan götürülüb onların daha “müasir” biznesmenlərə verilməsinin tərəfdarı kimi tanınır.

Səidə