Sarkisyan məyus oldu

sarkisyan-meyus-oldu
Oxunma sayı: 3238


“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə və əksər xəbər portallarında da bu tədbirlər “Çanaqqala zəfəri”nin kölgəsində qalıb. Dünyada və Ermənistanda son dərəcədə sönük keçən və məhdud sayda qonaqların iştirakı ilə baş tutan müxtəlif anma mərasimləri kütləviləşməyib. 

Eyni vəziyyət ölkə daxilində də müşahidə olunub. “Soyqırım” hadisəsi hər bir erməninin milli məsələsi hesab edilməsinə baxmayaraq, iddiaların yüz illiyi ilə əlaqədar keçirilən tədbirlərdə işğalçı ölkənin vətəndaşları hökumətlə tam həmrəylik nümayiş etdirməyiblər. 

Eyni zamanda dünya ictimaiyyəti də “soyqırım” mərasimlərinə soyuq yanaşıb. Dünyanın bir çox aparıcı xəbər kanalı Türkiyədə Çanaqqala zəfərinin anım mərasimlərini işıqlandırmağa daha çox üstünlük verib. Beynəlxalq ictimaiyyətin bu cür saxta iddialara etinasız münasibətinin məntiqi davamı olaraq, “erməni soyqırımı” mövzusu sosial şəbəkələrin də tematikasında əhəmiyyətli yer tuta bilməyib. 

Xatırladaq ki, Xocalı soyqırımının 23-cü ildönümü çərçivəsində “Xocalıya ədalət” kampaniyasının gerçəkləşdirdiyi tədbirlərin və layihələrin ətrafında qurulan müzakirələr Twitter mikrobloqunun dünya trendində ilk sıralarda yer alaraq, günün ən çox müzakirə edilən mövzusu olmuşdu. Saxta soyqırım iddiaları isə çoxsaylı Twitter istifadəçilərinin diqqətini çəkməyib.