Sarkisyan Paşinyanın istefasını qəbul etdi

sarkisyan-pasinyanin-istefasini-qebul-etdi
Oxunma sayı: 5524

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir postundan texniki istefasını qəbul edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə erməni dövlət başçısının saytında dərc edilmiş Fərmanın mətnində deyilir.

“Konstitusiyanın 130-cu maddəsinə əsasən hökumətin istefasını qəbul edirəm”, - Fərmanda yazılıb.

Daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.