Sarkisyan Paşinyanla görüşdü - Baş nazirlə bağlı sərəncam imzaladı

sarkisyan-pasinyanla-gorusdu
Oxunma sayı: 4474

İşğalçı Ermənistanın prezidenti Armen Sarkisyan yeni Baş nazir Nikol Paşinyanla görüşüb.

“Qafqazinfo” “news.am”a istinadən xəbər verir ki, Sarkisyan Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib.

Sarkisyan yeni hökumətin ən qısa zamanda formalaşacağına və mövcud problemlərin həlli istiqamətində lazımi addımlar atılacağına əminliyini ifadə edib.

Ermənistan prezidenti N. Paşinyanın baş nazir vəzifəsinə təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, N.Paşinyan bu gün parlamentdə keçirilən səsvermədə baş nazir seçilib.