Ermənistanın eks-prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən hələ Yerevana qayıtmayıb, orada aktiv görüşlər keçirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Jamank” qəzeti yazıb.
O, martın 5-də qondarma Dağlıq Qarabağa gedərək orada 1999-cu ildə Ermənistan parlamentinə silahlı hücum nəticəsində öldürülən eks-baş nazir və müdafiə naziri Vazgen Sarkisyanın 60 illik yubileyinə həsr olunan tədbirə qatılıb. Bu, Sarkisyanın 2018-ci ilin aprelində baş nazir postundan istefa verdikdən sonra iştirak etdiyi ilk ictimai tədbir olub.
Nəşr yazır ki, Serj Sarkisyan hazırda Qarabağda separatçı rejimin lideri Bako Saakyan və digər rəsmilərlə aktiv şəkildə müzakirələr aparır.
Son xəbərlər
Son Xəbərlər