Sarkisyan Qarabağın həllindən danışdı

sarkisyan-qarabagin-hellinden-danisdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, jurnalistin “Azərbaycanın xüsusən son illər sülh yolu ilə mümkün olmasa torpaqları müharibə yolu ilə alacağı ilə bağlı təhdidlərini necə qiymətləndirirsiniz. Əgər bu təhdidlər həqiqətən də ciddidirsə Ermənistan bunu neytrallaşdırmaq üçün hansı addımlar atacaq” sualına cavab olaraq Sarkisyan bildirib ki, perspektivdə heç bir tərəf üçün bu məsələni həll edilməmiş buraxmaq sərfəli olmayacaq: “Bu, ilk növbədə Dağlıq Qarabağ xalqı üçün, sonra Ermənistan və mən əminəm ki, Azərbaycan üçün də. Çünki daim mövcud müharibə təhdidi şəraitində yaşamaq o qədər də xoş deyil...Buna görə də mən birmənalı olaraq əminəm ki, Dağlıq Qarabağ xalqı istəyir ki, məsələ mümkün qədər tez zamanda həll olunsun.

Baxın, Ermənistanın kifayət qədər problemləri var. Biz təəssüf ki, təbii resurslar, yüngül investisiya axınıilə zəngin deyilik. Təbii ki, bizim iqtisadiyyatımızı inkişaf etdirmək üçün başqa vasitələrimiz də yoxdur. Ermənistanın daha əsaslı problemi var. O özünün məhdud vəsaitinin böyük bir hissəsini təhlükəsizlik və müdafiəyə ayırır. Biz sadəcə olaraq ölkəmizin ölçüsü ilə üst-üstə düşməyən orduya sahib olmağa məcburuq...

Bir daha təkrar edirəm biz müharibə istəmirik, lakin buna məcbur olsaq öz yoldaşlarımızın, məzlumlarımızın, həlak olmuş qəhrəmanlarımızın əməyini heç etməyəcəyik”.