Sarkisyan razılıq verdi - Xankəndində monitorinq aparılacaq

sarkisyan-raziliq-verdi
Oxunma sayı: 12164

Ermənistan hökuməti Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin monitorinq keçirməsinə razılıq verib.

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, qondarma Dağlıq Qarabağ Respublikasının Xarici işlər nazirinin mətbuat katibi Ani Sarkisyan bildirib ki, bu gün ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin monitorinq sorğusuna müsbət cavab verilib:

“Dağlıq Qarabağ və Azərbacan Silahlı Qüvvələrinin təmas xəttində monitorinq keçirilməcək”.