Sarkisyan seçkilərə ittifaqda gedir

sarkisyan-seckilere-ittifaqda-gedir
Oxunma sayı: 2305

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Ermənistanın Respublika Partiyası (ERP) iyunun 20-nə planlaşdırılan erkən parlament seçkilərində Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” partiyası ilə ittifaqda iştirak edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ERP-nin vitse-prezidenti Armen Aşotyan jurnalistlərə açıqlamasında deyib:

“ERP növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə bu milli prosesdə iştirak etməyə qərar verdi. Mümkün iştirak formatlarını və mövcud əməkdaşlıq təkliflərini ümumiləşdirərək “Vətən” partiyası ilə seçki ittifaqının qurulması prosesinə başlamaq qərarı verildi”, - deyə Aşotyan bildirib.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün aprelin 25-də istefa verib. O, seçkilərə qədər baş nazir vəzifəsinin icrasını davam etdirəcək. Paşinyanın ardınca texniki prosedur çərçivəsində ölkə hökuməti də istefaya gedib. Paşinyan artıq bildirib ki, hökumət başçısı vəzifəsinə "Vətəndaş müqaviləsi" Partiyasından namizəd olacaq.

Qeyd edək ki, seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır.