“Türkiyə tərəfinin Dağlıq Qarabağın indiki vəziyyətində verdiyi bəyanat regionda yeni gərginlik ocaqları yarada bilər”.
“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan ATƏT ölkələri səfirləri ilə görüşündə deyib.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu daha öncə verdiyi açıqlamada Azərbaycanın 7 rayonunun Ermənistanın işğalı altında olduğunu qeyd etmişdi:
“Əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq”.
Son xəbərlər
Son Xəbərlər