Sarkisyan: “Vaxt gəlib çatıb”

sarkisyan-vaxt-gelib-catib
Oxunma sayı: 676

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Strasbuqda keçirilən brifinqdə, iyun 24-də Kazanda keçiriləcək Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü ilə bağlı sualı cavablandırarkən deyib: “Mən yüksək əhval-ruhiyyə və konstruktiv dialoq ümidi ilə Kazana gedirəm, lakin danışıqların necə nəticələnəcəyi görüşdən sonra məlum olacaq”.

Qeyd edək ki, İlham Əliyev və Serj Sarkisyan iyunun 24-də Dmitri Medvedevin dəvəti ilə Kazanda görüşəcəklər. Belə formatda görüş bu ilin əvvəlində Soçidə də baş tutmuşdu. O zaman tərəflər danışıqların nəticəsi olaraq birgə bəyanat qəbul etmişdilər.

Səidə