Sarkisyana qarşı daha bir ittiham

sarkisyana-qarsi-daha-bir-ittiham
Oxunma sayı: 1671

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı yeni maddə üzrə ittiham irəli sürülüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, sabiq prezident 1 milyon dollar vəsaitin mənimsənilməsində ittiham olunur. Bu barədə Xüsusi İstintaq Xidmətinin saytında yazılıb.

Bildirilir ki, Sarkisyan hakimiyyətdə olduğu 2013-cü ilin 25 yanvar-7 fevral tarixlərində iri məbləğdə dövlət vəsaitlərini mənimsəyib. Dövlətə dəyən ziyanın ümumi məbləği 489,16 milyon dram (1 milyon dollardan çox) göstərilir. Sarkisyanın İstintaq komitəsinə çağrıldığı qeyd edilir.