Sarkisyandan təcili müşavirə

sarkisyandan-tecili-musavire
Oxunma sayı: 2527

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin hüquq-mühafizə orqanlarının yüksək rütbəli şəxsləri ilə müşavirə keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Müşavirədə Ermənistanda baş vermiş silahlı insident, polis idarəsinin zəbt edilməsi müzakirə edilib. Paytaxtda həyata keçirilən əməliyyatların detalları və yaranmış vəziyyətin tam nəzarət altında olduğu bildirilib.