Sarkisyanın cinayət işi məhkəməyə göndərilib

sarkisyanin-cinayet-isi-mehkemeye-gonderilib
Oxunma sayı: 908

Ermənistanın sabiq Prezidenti Serj Sarkisyan barəsində cinayət işi məhkəməyə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks”a Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məlumat verib.

Onun sözlərinə görə, prokuror iddianaməni təsdiqləyib.

Xatırladaq ki, Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Ötən il dekabrın ortalarında onun əmlakı üzərinə həbs qoyulub.