Sarkisyanın oğlu Rusiyada “McDonald's”ı almaq istəyib

sarkisyanin-oglu-rusiyada-mcdonaldsi-almaq-isteyib
Oxunma sayı: 1858

Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın oğlu Rusiyadakı “McDonald's” restoranlar şəbəkəsini almaq istəyənlər arasında olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” öz mənbələrinə istinadən məlumat yayıb. Rusiyada iyunun 12-də rebrendinqdən sonra “McDonald's” fast food restoranlarının “Vkusno i Toçka” adlı şəbəkəsi açılıb. Sibirdə 25 “McDonald's” restoranını idarə edən "Yujkuzbassuqol" şirkətinin keçmiş ortağı Aleksandr Qovor restoranlar şəbəkəsinin yeni sahibi olub.

Altı iddiaçıdan biri Ermənistanın eks-prezidenti Armen Sarkisyanın oğlu olub. Armen Sarkisyanın iki oğlundan - Vardan və Haykdan hansının müraciət edənlər arasında olduğu məlum deyil.