Sarkisyanın qardaşı barədə həbs qərarı verildi

sarkisyanin-qardasi-barede-hebs-qerari-verildi
Oxunma sayı: 1357

2018-ci ilin iyulunda İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin Mətbuat xidmətinin rəhbəri Naira Arutunyan məlumat yayıb.

Onun sözlərinə görə, L. Sarkisyan “Şimal-Cənub” yolunun tikintisi zamanı qanun pozuntularına yol verməkdə ittiham olunur. Bildirilir ki, o, qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılır.

Ona qarşı 2 maddə ilə cinayət işi açılıb. İstintaq işi davam edir. 

Qeyd edək ki, Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.