Sarkisyanın qardaşı sərbəst buraxıldı

sarkisyanin-qardasi-serbest-buraxildi
Oxunma sayı: 1358

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan sərbəst buraxılıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan Aleksandr və daha 3 nəfər qeyri-qanuni silah saxlanılmasında şübhəli bilinirdilər. Eks-prezidentin qardaşı ifadəsi alındıqdan sonra azadlığa çıxıb.

A.Sarkisyanın sərbəst buraxılması ilə bağlı polis heç bir açıqlama verməyib.