Sarkisyanın “xaç oğlu” Rusiyada saxlanıldı

sarkisyanin-xac-oglu-rusiyada-saxlanildi
Oxunma sayı: 1241

Ermənistanın axtarışda olan keçmiş deputatı Levon Sarkisyan Rusiyada saxlanılıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, o, Ermənistan və Rusiya hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində Moskvanın Zelenoqrad rayonunda saxlanılıb. 

“Alrahatsi Levik” ləqəbli Sarkisyan 11 il əvvəl Ermənistan gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın malikanəsinə hücumla əlaqədar açılan cinayət işində təqsirləndirilir.

Hazırda onun Ermənistana ekstradisiyası məsələsinə baxılır. 

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti L. Sarkisyana qarşı cinayət işi açıb. İki çağırış parlament üzvü olan Levon Sarkisyan Respublika Partiyası fraksiyasının üzvü və sabiq prezident Serj Sarkisyanın “xaç oğlu”dur.