Sarkisyanla Putin görüşdü

sarkisyanla-putin-gorusdu
Oxunma sayı: 1695

Rusiyada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan prezident Putinlə görüşüb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Sarkisyan bildirib ki, atəşkəsin pozulması mexanizmlərinin araşdırılması Qarabağ münaqişəsi ətrafında danışıqların aparılması üçün yaxşı əsas olacaq:

“Bizim Qarabağla bağlı mövqeyimiz hər kəsə məlumdur. Biz istəyirik ki, bu məsələ istisnasız olaraq sülh yolu ilə həll edilsin. Təəssüf ki, bir tərəfin istəyi ilə bu cür münaqişələr həll edilmir. Əgər bu gün əldə etdiyimiz razılaşmaların həyata keçirilməsində irəli addım atsaq, buna çox şad olardıq. Və bu gün danışıqların aparılması üçün işgüzar əhval yaradacaq”.