“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Ollandın Sosialist partiyası regionlarda liderliyi əldən verib. Ekzit-pollun nəticələrinə görə, Sarkozinin Xalq Hərəkatı Birliyi partiyası və onun müttəfiqləri isə 66-70 regionda qalib gələrək seçkilərin qalibi olub. İlkin nəticələrə görə, Sarkozinin partiyası 60 yerli şurada qalib gəldiyi halda, Ollandın partiyası 30 şurada səs qazana bilib.