ANS PRESS-in xəbərinə görə, Fransanın keçmiş prezidenti Nikola Sarkozi xələfi Fransua Ollandın sevgilisi Valeri Triyerveyleri başdan çıxarmağa çalışıb. Bu haqda yazıçı Patris Maçuret "L Enfant Terrible, Sa vie apres l Yelisey" adlı kitabında yazıb.
Sarkozi 2007-ci il seçki zəfərindən 2 ay sonra Yelisey sarayında təşkil edilən Bastil günü orada qonaq olan Triyerveylerlə münasibət qurmağa cəhd edib. Belə ki, kitabda o vaxtkı həyat yoldaşı Sesiliya Siqaner ilə boşanmaqda olan Sarkozinin Olland ilə gizli münasibətdə olan Trierveylerə yaxınlaşdığı yazılıb.
Sarkozi həmin gün Trierveylerin qulağına əyilərək "Çox gözəlsən. Məncə, vaxt tapıb görüşməliyik" deyib. O dövrdə "Paris Match" jurnalında işləyən Trierveyler isə Sarkozinin təklifini rədd edib. Hətta, bununla kifayətlənməyərək daha sonra yaxınlıqdakılarına Sarkozi haqqında "Çox alçaq adamdır" söyləyib.
Yazıçının kitabında yazdığına görə, Sarkozi və Trierveyler arasındakı bu "düşmənçilik" aradan illər keçməsinə baxmayaraq, hələ də davam edir.
Qeyd edək ki, Sarkozi 2007-ci ildə prezident seçildikdən bir neçə ay sonra həyat yoldaşı Sesilia Siqanerdən boşanaraq, məşhur top model Karla Bruni ilə evlənmişdi. Hal-hazırkı Fransa prezidenti Olland isə 4 uşağının anası olan Seqolene Rauyal ilə 2007-ci ildə ayrılmış və jurnalist Trierveylerlə münasibət qurmağa başlayıb. Lakin onların bu münasibəti Ollandın yanvar ayında aktrisa Juli Qaye ilə xəyanətinin üzə çıxmasından sonra başa çatıb.
Son xəbərlər
Son Xəbərlər