Fransanın keçmiş prezidenti Nikolya Sarkozi seçki kampaniyası zamanı saxtakarlıq etməkdə ittiham olunur.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sarkozi “Bygmalion” adlı PR agentliyi vasitəsilə seçki kampaniyasında qanunsuz hərəkətə yol verərək informasiya dəstəyi üçün maliyyələşməni təmin edib. Bu barədə Fransa Baş prokuroru Fransua Molens bildirib.
Araşdırmalar nəticəsində o da məlum olub ki, saxta hesab açılaraq qanunvericiliklə müəyyən olunmuş dövlət büdcəsində maliyyə vəsaitləri gizlədilib.
Qeyd edək ki, Sarkozi haqqında seçki kampaniyası saxtakarlığı qalmaqalı vəkili Patrik Mezonnevin bəyanatından sonra başlayıb. O, bildirib ki, eks-prezident vəzifə müddəti ərzində maxinasiyalara yol verib.
Son xəbərlər
Son Xəbərlər