Sarkozinin arvadı Ollandla bağlı açıqlama verdi

sarkozinin-arvadi-ollandla-bagli-aciqlama-verdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, albom artıq ölkədə ajiotaja səbəb olub. Belə ki, albomda yer alan “Nə hə, nə yox” adlı mahnının ölkənin hazırki prezidenti Fransua Ollanda həsr olunduğu deyilir. “O, ciddi görkəm alır, mən bilirəm axı, bu kral manevri deyil...Nə soyuqdur, nə isti, nə hə, nə də yox. Bax, pinqvin sən öz bağında tamamilə tənhasan” misralarının yer aldığı mahnı ilə jurnalistlər Karla Bruninin prezident Ollandın yeni iqamətgahının bağında çəkdirdiyi ilk rəsmi fotosuna işarə vurduğunu yazırlar.

Keçmiş birinci ledi isə açıqlama verərək mahnının heç bir siyasi mahiyyət daşımadığını bildirib: “Bu mahnı mənimçün anlaşılmaz olan tərbiyəsiz, xoşagəlməz insanlar haqqındadır”.