Sarkozinin terrorçu ilə fotosu yayıldı

sarkozinin-terrorcu-ile-fotosu-yayildi
Oxunma sayı: 4052


Sosial şəbəkələrdə Fransanın o zamankı prezidenti Nikolya Sarkozinin gələcək terrorist Amedi Kulibalinin əlini sıxdığı foto şəkil yayılıb. 

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, Kulibali bu yaxınlarda Fransada Monjur və Port-Vinsendə mağazaya hücumu zamanı qadın polis nəfərini qətlə yetirmişdi. Foto şəkilin təsvirində qeyd olunub ki, həmin şəkil 2009-cu ildə Yelisey sarayında çəkilib. Amedi Kulibali fransız prezidentlə “problemli gənclər”in nümayəndəsi kimi görüşmüşdü. Sarkozi o zaman Kulibalinin Coca-Cola zavodunda işə düzəlməsinə kömək etmişdi.