Ukraynada səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Borodyanka şəhər tipli qəsəbəyə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mişel öz rəsmi tviter hesabında paylaşıb.
“Borodyankada. Buça və Ukraynanın digər bir çox şəhərləri kimi. Tarix burada törədilən hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz”, - deyə Mişel qeyd edib.
Son xəbərlər
Son Xəbərlər