Şarl Mişel Ermənistanda etirazla qarşılandı - Foto

sarl-misel-ermenistanda-etirazla-qarsilandi
Oxunma sayı: 3549

Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda səfərdə olan Prezidenti Şarl Mişel qalacağı otelin qarşısında etirazla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, bir sıra erməni fəal otelin qarşısına toplaşaraq “Shame on you” (Ayıb olsun) şüarı səsləndiriblər.

Onlar Avropa İttifaqını müxalifət nümayəndələrini həbsdə saxlayan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı tənqid etməməkdə günahlandırıblar. Mişel qaldığı otelə daxil olduqdan sonra etirazçılar dağılıb.