“İrəvan və Bakı 4 əsas məsələ ilə bağlı güzəştə nail ola, bu məsələlərdən hansının regionda sülh və sabitliyə nail omaq üçün vacib olduğuna qərar verə bilərlər.”
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanda rəsmi səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel deyib.
Ş.Mişel Qarabağ məsələsinə toxunaraq qeyd edib ki, Aİ ATƏT-in Minsk qrupu çərçivəsində öz töhfəsini verməyə hazırdır.
“Biz regionda sabitlik və əmin-amanlığın bərqərar olması üçün qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivdə müzakirə olunmalı 4 mövzu görürük. Bu məsələlərdən birincici aqressiv sözlərin istifadəsindən yayınmaqdır. Bundan sonra əsirlərin və mina xəritələrinin verilməsi məsələsi üzrə irəliləyə bilərik”, - deyə Mişel qeyd edib.
O həmçinin bildirib ki, bu məsələlərin ikincisi sərhədlərin delimitasiyası, üçüncüsü mümkün əməkdaşlığın müzakirə olunması, nəqliyyat məsələsi, nəhayət dördüncüsü isə Qarabağın statusu və sülhlə bağlı məsələlərdir.
Son xəbərlər
Son Xəbərlər