Şarl Mişel Kremlə xəbərdarlıq etdi

sarl-misel-kremle-xeberdarliq-etdi
Oxunma sayı: 4973

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kremlə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Şarl Mişel bu haqda tviter hesabında yazıb.

Prezident paylaşımında Rusiya Prezidentinin rəsmi tviter hesabını işarələyərək Kremli dezinformasiya yaymamağa çağırıb:

“Dezinformasiyanızı dayandırın. Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına atır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Biz müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - paylaşımda qeyd edilib.