Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada yaranmış vəziyyətə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Şarl Mişel tvitterdəki paylaşımında "Vaqner"lə Rusiya hökuməti arasında yaranmış qarşıdurmanı bu ölkənin daxili məsələsi kimi dəyərləndirib: "Rusiyada baş verənləri diqqətlə izləyirik. Avropa liderləri və G7 tərəfdaşları ilə təmasdayıq. Bu, tamamilə Rusiyanın daxili məsələsidir. Bizim Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır".
Son xəbərlər
Son Xəbərlər