Şarl Mişellə Paşinyan regiondakı vəziyyəti müzakirə etdilər

sarl-miselle-pasinyan-regiondaki-veziyyeti-muzakire-etdiler
Oxunma sayı: 4218

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.