Sarp və Bircəni ayıran məşhur danışdı

sarp-ve-birceni-ayiran-meshur-danisdi
Oxunma sayı: 1886

Sarp Levendoğlu və Bircə Akalayın boşanmasının səbəbkarı olduğu iddia edilən Derya Şensoy açıqlama verib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ailə dağıdan bir qadın olaraq təqdim edilən Şensoy susqunluğunu pozub.

O, sosial şəbəkədə bütün ittihamlara cavab verib:

“Bir neçə gündür ki, haqqımda şayiələr gəzir, mətbuat da həmin xəbərləri yayır. Susmağımın əsas səbəbkarları sevdiklərimdir. Onlara zərər dəyməsini istəmirəm. Məni və sevdiklərimi pis hala salmaq üçün hekəyələr qurlaşdırılıb. Həmin hekayələrlə bağlı lazımı işlər görüləcək. Bunu sizə bildirmək istəyirəm”.