“Sabah” qapıçısı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilənin müddəti 1 ildir. Əvvəlki anlaşmanın müddəti bu yay başa çatacaqdı.
Qeyd edək ki, Saşa 2018-ci ildən bu komandanın uğurları üçün çalışır. Serbiyalı qolkiper “Sabah”da ən çox oyun keçirən futbolçudur. Stamenkoviç komandanın heyətində bütün turnirlərdə cəmi 64 oyun (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) keçirib.
Son xəbərlər
Son Xəbərlər